Marneuli bazarında azərbaycanlı ata və oğlu güllələnib

Gürcüstanın azərbaycanlıların yaşadıqları Marneuli rayonunun mərkəzi bazarında atışma baş verib, ata və oğlu güllələnib.
APA xəbər verir ki, silahlı insident qızıl mağazasında qeydə alınıb.
Ağır yaralanan 27 yaşlı azərbaycanlı gənc xəstəxanada ölüb. Atasının vəziyyəti stabil ağır kimi qiymətləndirilir.
Ata və oğlunun özlərinə məxsus zərgərlik mağazasında güllələndikləri bildirilir.
Hadisəni törədən şəxsin kimliyi araşdırılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























