ADY bayram günlərində 62 690 sərnişin daşıyıb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 31 dekabr–4 yanvar qeyri-iş günlərində 62 690 sərnişin daşıyıb.
Məlumata görə, Abşeron dairəvi dəmir yolu ilə 48 542 nəfər, Bakı–Qazax–Bakı marşrutu üzrə 8 885 nəfər, digər daxili marşrutlar üzrə isə 5 263 sərnişin daşınıb.
ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərib, əlavə reyslər yerinə yetirilib və vaqon sayı tələbata uyğun artırılıb.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























