• $
  • €
  • ₽
  • ₺
  • £

Əliyev pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Əliyev pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib
05.01.2026 16:09

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına Milad bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

Təbrikdə bildirilib ki, Azərbaycanda əsrlər boyu müxtəlif xalqlar və dini etiqadlar arasında qarşılıqlı hörmətə, etimada və qardaşlığa əsaslanan milli-mənəvi həmrəylik mühiti formalaşıb. Prezident vurğulayıb ki, multikultural dəyərlərin və dözümlülük prinsiplərinin təşviqi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

İlham Əliyev qeyd edib ki, ölkədə dilindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar, o cümlədən xristian icması üçün etnik-mədəni özünəməxsusluğun qorunması və inkişafı məqsədilə hərtərəfli demokratik-hüquqi şərait yaradılıb.

Dövlət başçısı xristian icmasının ölkənin ictimai-siyasi və sosial-mədəni həyatında fəal iştirak etdiyini, Azərbaycanın tərəqqisi naminə töhfələr verdiyini də xüsusi vurğulayıb.

Təbrik məktubunda Milad bayramının mərhəmət, xeyirxahlıq və yenilik rəmzi olduğu qeyd olunub, xristian icmasına ailə səadəti və rifah arzulanıb.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol