• $
  • €
  • ₽
  • ₺
  • £

“Nestle”nin geri çağrılan uşaq qidaları Azərbaycanda varmı? - Açıqlama

“Nestle”nin geri çağrılan uşaq qidaları Azərbaycanda varmı? - Açıqlama
07.01.2026 15:02

“Nestle” şirkətinin uyğunsuzluq aşkarlanan uşaq qidalarının Azərbaycan Respublikasının ərazisinə idxal edilmədiyi müəyyən olunub. Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Agentliyin bildirdiyinə görə, qida təhlükəsizliyinin təmin edilməsi və idxal olunan məhsullarla bağlı potensial risklərin vaxtında müəyyənləşdirilməsi məqsədilə beynəlxalq səviyyədə baş verən hadisələr gündəlik əsasda sistemli şəkildə təhlil olunur.

Məlumata əsasən, “Nestle” şirkəti körpələr və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulan bəzi qida məhsulları ilə bağlı ehtiyat tədbiri xarakterli geri çağırma qərarı qəbul edib. Avstriya, Danimarka, Finlandiya, Almaniya, İrlandiya, İtaliya, İsveçrə və Birləşmiş Krallıqda “SMA”, “BEBA”, “ALFAMINO”, “Pre NAN” və digər ticarət nişanları altında istehsal olunan məhsulların müəyyən partiyaları dövriyyədən çıxarılıb.

Geri çağırmaya səbəb istehsal prosesi zamanı məhsulların “Bacillus cereus” bakteriyası ilə çirklənmə ehtimalı olub.

AQTA bildirib ki, mövcud məlumatlara əsasən, dünya üzrə geri çağrılan ümumilikdə 123 məhsul partiyasının heç biri Azərbaycana idxal edilməyib. Bununla yanaşı, ehtiyat tədbiri olaraq ölkə ərazisində satışda olan digər “Nestle” məhsul partiyalarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi qeyd olunub.

Gülnar 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol