Cəbrayılda yanğın törədən şəxs həbs edilib

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahəsində yanğın törədən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Rəsmi açıqlamaya görə, araşdırmalar nəticəsində 1960-cı il təvəllüdlü F.Abbasovun yanğını törətdiyi müəyyən edilib. Hadisə nəticəsində təxminən 1 hektar quru ot sahəsi yanıb.
Saxlanılan şəxs barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























