Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Oğuz rayonunda ağır yol qəzası baş verib.
"Report"un məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Kərimli kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes Vito" markalı yük avtomobili ilə "KİA" markalı minik avtomobili toqquşub.
Qəza zamanı bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Əraziyə polis əməkdaşları cəlb olunub.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























