• $
  • €
  • ₽
  • ₺
  • £

Distant təhsil pilot olaraq Lənkəran və Astarada sınaqdan keçirilir

Distant təhsil pilot olaraq Lənkəran və Astarada sınaqdan keçirilir
13.01.2026 12:32

Ölkədə şagird sayı az olan 100-dən çox məktəbdə distant təhsilin mərhələli şəkildə tətbiqinə başlanılıb. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTƏDA) direktor müavini Vəfa Yaqublu bildirib.

Yaqublu İTV-nin “Sabaha saxlamayaq” verilişində qeyd edib ki, pilot layihə Lənkəran-Astara bölgəsində bir neçə məktəbdə sınaqdan keçirilib və qənaətbəxş nəticələr əldə olunub. 

Onun sözlərinə görə, yuxarı siniflərdə biologiya, kimya, tarix və digər müəllim çatışmayan fənlər üzrə dərslər bölgənin mərkəzi məktəblərinin müəllimləri tərəfindən distant formada həyata keçirilir. Hər kənddən bir neçə uşaq həmin siniflərdə tədris alır.

Direktor müavini əlavə edib ki, şagird sayı az olan məktəblərin sayı daxili miqrasiyadan asılı olaraq dəyişir.

MÜTƏDA-nın məlumatına görə, Azərbaycanda 2025-ci il üzrə orta məktəblərin şagird sayı bəzi regionlarda demoqrafik dəyişikliklər və miqrasiya səbəbindən azalmaqdadır. Bu tendensiya distant təhsilin tətbiqini aktuallaşdırır.

Aytac 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol