• $
  • €
  • ₽
  • ₺
  • £

Kütləvi etirazlar fonunda SpaceX Starlink-i İranda pulsuz elan etdi

Kütləvi etirazlar fonunda SpaceX Starlink-i İranda pulsuz elan etdi
14.01.2026 10:59

İranda genişmiqyaslı etirazlar və internetin demək olar ki, tamamilə bağlanması fonunda SpaceX şirkəti peyk internet xidməti Starlink-i iranlı istifadəçilər üçün pulsuz elan edib.

Starlink ölkədə rəsmi olaraq qadağan olunsa da, mənbələrin bildirdiyinə görə, İran hakimiyyəti yanvarın 8-dən etibarən internet bağlantısını mərhələli şəkildə kəsir, mobil rabitə və beynəlxalq platformalara çıxışı ciddi şəkildə məhdudlaşdırır.

Bunun fonunda Tehran qapalı “daxili internet” sistemini sürətlə genişləndirir. Yeni model çərçivəsində yalnız dövlət nəzarətində olan axtarış sistemləri, xəritə xidmətləri, mesajlaşma tətbiqləri və ciddi senzuradan keçmiş məzmuna icazə verilir. Mənbələr bildirir ki, sistemin ilkin versiyası artıq istifadəyə verilib və Çin modelindən belə daha sərt şəkildə xarici dünyadan təcrid olunub.

İran hakimiyyəti əvvəlki etiraz dalğalarında da interneti kəsməklə informasiya axınının qarşısını almağa çalışıb. Beynəlxalq hüquq-müdafiə təşkilatları bu addımı ifadə azadlığının boğulması kimi qiymətləndirir. Starlink-in pulsuz elan edilməsi isə rəsmi qadağalara baxmayaraq, alternativ əlaqə kanalı yaratmaq cəhdi kimi dəyərləndirilir.

Eyni zamanda, təhlükəsizlik qüvvələrinin etirazları yatırmaq üçün keçirdiyi əməliyyatlar zamanı ölənlərin sayının sürətlə artdığı bildirilir. Rəsmi Tehran bu iddiaları məhdud şərh etsə də, müstəqil mənbələr vəziyyətin gərgin olaraq qaldığını qeyd edir.

Aytac

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol