• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Yazıçılar Birliyi üzvlük qəbulunu dayandırıb

Azərbaycan Yazıçılar Birliyi üzvlük qəbulunu dayandırıb
14.01.2026 13:39

Azərbaycan Yazıçılar Birliyi (AYB) üzvlük qəbulunu 2027-ci ildə keçiriləcək qurultaya qədər dayandırıb. Bu barədə Birliyin mətbuat katibi Xəyal Rza Modern.az-a açıqlamasında bildirib.

O, qeyd edib ki, hazırda əvvəlki müraciətlər nəzərdən keçirilir, bəzi namizədlərə imtina, bəzilərinə isə qəbul verilib. Qəbulun dayandırılmasının səbəbi müraciətlərin çoxluğu ilə bağlıdır.

Xəyal Rza əlavə edib ki, üzvlük haqqını ödəməyənlər Birlikdən kənarlaşdırıla bilər, lakin təşkilat hər zaman humanist mövqe nümayiş etdirib. Hazırda AYB-də 2,500-dən çox üzv var və hər bir üzv üçün illik üzvlük haqqı 15 manat təşkil edir.

O, qeyd edib ki, 2020-ci ilə qədərki borclar silinib, lakin sonrakı illərdə ödəməyənlər var və bu il 1 fevralda onlar barəsində qəti qərar veriləcək.

Xəyal Rza həmçinin vəfat etmiş üzvlərlə bağlı iradlara cavab verib: mərhum üzvlərin siyahıda qalması texniki səbəblərlə əlaqədardır və ailə üzvlərinin məlumat verməsi tələb olunur.

Birliyin üzvlük haqqının artırılması planı yoxdur.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol