• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yeddi vəkilə intizam tənbehi verilib

Azərbaycanda yeddi vəkilə intizam tənbehi verilib
15.01.2026 09:44

 Azərbaycanda yeddi vəkil barəsində intizam tənbehi tədbirləri tətbiq edilib, daha iki vəkilə isə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etmələri ilə bağlı xəbərdarlıq olunub. Bu barədə Azərbaycan Respublikası Vəkillər Kollegiyası məlumat yayıb.

Kollegiyanın Rəyasət Heyətinin növbəti iclasında qurumun sədri Anar Bağırov Kollegiyanın cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə hesabatla çıxış edib.

İclasda vəkilliyə qəbulla bağlı məsələlərə də baxılıb. İxtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, eləcə də icbari təlim proqramlarını uğurla başa vuran namizədlər üçün andiçmə mərasimi keçirilib və onlara vəkil vəsiqələri təqdim olunub.

Bundan əlavə, Azərbaycan prezidentinin 25 dekabr 2025-ci il tarixli sərəncamı ilə hakim vəzifəsinə təyin edilən səkkiz Kollegiya üzvünün mükafatlandırılması və vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul edilib.

İclasda, həmçinin bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi və vəkil kabinetlərinin ləğvi ilə bağlı müraciətlər nəzərdən keçirilib və müvafiq qərarlar qəbul olunub.

Rəyasət Heyəti Vəkillərin İntizam Komissiyasının rəylərinə baxaraq, yol verilmiş pozuntulara görə yeddi vəkilə intizam tənbehi tətbiq edib.

N.Təbrizli

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol