• $
  • €
  • ₽
  • ₺
  • £

Aliment ödəməyən şəxslər Rusiyada gizlənə bilməyəcək

Aliment ödəməyən şəxslər Rusiyada gizlənə bilməyəcək
15.01.2026 10:04

Yetkinlik yaşına çatmayan uşaqlar üçün alimentin tutulmasına dair məhkəmə qərarları Müstəqil Dövlətlər Birliyi ölkələrində qarşılıqlı tanınacaq və icra olunacaq. Bu isə Azərbaycanda aliment ödəməyən şəxslərin Rusiyada məsuliyyətdən yayınmasını çətinləşdirəcək.

Rusiyanın Dövlət Duması hüquqi yardım haqqında 2002-ci il Kişinyov və 1993-cü il Minsk konvensiyalarına edilən dəyişiklikləri ratifikasiya edib.

Sənədlər yanvarın əvvəlində Rusiya prezidenti Vladimir Putin tərəfindən parlamentə təqdim olunub.

Dəyişikliklərə əsasən, alimentin tutulması ilə bağlı məhkəmə qərarının tanınması və icrası üçün iddiaçı digər MDB ölkəsinin məhkəməsinə müraciət edə biləcək.

Bunun üçün qərarın qanuni qüvvəyə mindiyini və borcluya çatdırıldığını təsdiqləyən sənədlər, həmçinin təsdiqlənmiş tərcümələr tələb olunacaq.

Kişinyov Konvensiyasına Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan qoşulub. Minsk Konvensiyasının iştirakçıları sırasında Türkmənistan, Gürcüstan və Moldova da var.

N.Təbrizli

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol