• $
  • €
  • ₽
  • ₺
  • £

Apple iPhone 18 buraxmağa hazırlaşır

Apple iPhone 18 buraxmağa hazırlaşır
19.01.2026 07:53

 Apple iPhone 18 smartfonları üzrə erkən prototipləşdirmə mərhələsinə başlayıb. Bu barədə GizmoChina portalı tanınmış insayder Digital Chat Stationa istinadən xəbər verib.

Məlumata görə, şirkət dizaynda radikal dəyişikliklər planlaşdırmır və əsas diqqəti ekran ölçülərinin yenilənməsinə, həmçinin baza modellərlə Pro versiyalar arasında funksional fərqlərin gücləndirilməsinə yönəldir.

Standart iPhone 18-in 6,27 düymlük, 120 Hz yenilənmə tezlikli LTPO OLED ekranla təchiz ediləcəyi və Dynamic Island dizaynını qoruyacağı gözlənilir. Oxşar ön panel dizaynı digər baza və büdcə modellərində də tətbiq oluna bilər.

Mənbənin məlumatına görə, iPhone Air 2 modeli 6,55 düymlük, 120 Hz dəstəkli LTPO ekranla təqdim olunacaq və ekran elementlərinin yerləşdirilməsi dəyişməyəcək.

Ən ciddi yeniliklər isə Pro versiyalarda gözlənilir. iPhone 18 Pro və iPhone 18 Pro Max modelləri müvafiq olaraq 6,27 və 6,86 düymlük ekranlarla sınaqdan keçirilir.

Apple Face ID sisteminin bir hissəsini ekran altına keçirməyi nəzərdən keçirə bilər ki, bu da Dynamic Island sahəsinin kiçilməsinə səbəb olacaq.

Mənbə həmçinin bildirir ki, Apple buraxılış qrafikini dəyişməyi nəzərdən keçirir.

 iPhone 18 Pro modelləri 2026-cı ilin sonlarında, baza versiyalar isə 2027-ci ilin yazında təqdim oluna bilər.

N.Təbrizli

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol