• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika və “Bank of China” arasında əməkdaşlıq sazişi imzalandı

Bank Respublika və “Bank of China” arasında əməkdaşlıq sazişi imzalandı
21.01.2026 10:21


Çin daha yaxın oldu: Bank Respublika müştəriləri Çin ilə rahat bank əməliyyatları apara biləcək

Bank Respublika beynəlxalq əməkdaşlığın genişləndirilməsi strategiyası çərçivəsində dünyanın aparıcı maliyyə institutları ilə əlaqələrini möhkəmləndirməyə davam edir. Bu istiqamətdə atılan növbəti mühüm addım təkcə Çinin deyil, həm də dünyanın ən iri banklarından biri olan “Bank of China”da müxbir hesabın açılması oldu.

Bu əməkdaşlıq Bank Respublika-nın beynəlxalq müxbir bank şəbəkəsinin inkişafında vacib mərhələ olmaqla yanaşı, Bankın beynəlxalq maliyyə bazarlarında mövqelərinin daha da möhkəmlənməsinə, qlobal bank sisteminə daha dərin inteqrasiyasına, eləcə də aparıcı dünya maliyyə institutları üçün etibarlı tərəfdaş kimi işgüzar reputasiyasının güclənməsinə töhfə verir.

“Bank of China”da müxbir hesabın açılması Bank Respublika müştərilərinə xarici iqtisadi əməliyyatların həyata keçirilməsi zamanı yeni imkanlar yaradacaq. Belə ki, müştərilər, xüsusilə Çin istiqaməti üzrə valyuta əməliyyatlarını daha operativ, etibarlı və səmərəli şəkildə həyata keçirə biləcəklər.

1912-ci ildə təsis edilmiş “Bank of China” Çinin ən qədim və ən iri dövlət banklarından biridir. Bank geniş beynəlxalq şəbəkəyə malikdir, dünyanın 60-dan çox ölkəsində təmsil olunur, aktivləri 3 trilyon ABŞ dollarını ötür və korporativ və pərakəndə bankçılıq, ticarət maliyyələşdirilməsi, maliyyə institutlarına xidmətlər və qlobal bazarlarda əməliyyatlar sahəsində geniş spektrli maliyyə xidmətləri təqdim edir.

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol