• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni tədris ili üzrə təhsil tələbə kreditlərinə müraciət tarixi açıqlanıb

Yeni tədris ili üzrə təhsil tələbə kreditlərinə müraciət tarixi açıqlanıb
23.01.2026 12:31

2025-2026-cı tədris ilinin payız semestri üzrə təhsil tələbə kreditlərinə (TTK) müraciətlərin qəbulu 31 yanvar 2026-cı il tarixində saat 23:59-da başa çatacaq.

Bu barədə Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.

Bildirilib ki, müraciət etmək istəyən şəxslərə prosesi qeyd olunan tarix və vaxta qədər tamamlaması tövsiyə olunur.

"2025-2026-cı tədris ilinin yaz semestri üzrə TTK üçün yeni qeydiyyat isə 1 fevral 2026-cı il tarixi saat 00:00-dan başlayacaq.

Müraciət etmək istəyən tələbələr aşağıdakı ardıcıl əməliyyatları yerinə yetirməlidirlər:

1. İlk dəfə müraciət edənlər üçün notarial qaydada təsdiqlənmiş (notariat ofisi, “ASAN xidmət” mərkəzi və ya “Mobil notariat” tətbiqi vasitəsilə) razılıq ərizənin alınması. (təkrar müraciət üçün tələb olunmur)

2. Razılıq ərizəsinin nömrəsi ilə e-ttkf.edu.az portalına daxil olub və müraciətin göndərilməsi. (təkrar müraciətdə əvvəlki razılıq ərizəsinin nömrəsi istifadə olunur)

Müraciətlər bayram günləri və həftə sonları da daxil olmaqla hər gün qəbul olunur.

Payız semestri üzrə təqdim edilmiş müraciətlərin emal prosesi qeydiyyat müddəti başa çatdıqdan sonra da davam etdiriləcək.

TTK müraciəti zamanı çətinliklə qarşılaşan şəxslərə operativ dəstək göstərilməsi məqsədilə Fond tərəfindən yaradılmış yardım masası fəaliyyət göstərir. Müraciətçilər hər iş günü saat 09:00-dan 18:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 34 ünvanında yerləşən ofisə yaxınlaşaraq müvafiq dəstək ala bilərlər", - məlumatda qeyd olunub.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol