• $
  • €
  • ₽
  • ₺
  • £

Hərbi çağırışçılar üçün yekun tibbi müayinələr elektron qaydada aparılır- Ramin Rzayev

Hərbi çağırışçılar üçün yekun tibbi müayinələr elektron qaydada aparılır- Ramin Rzayev
26.01.2026 15:41

 

Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi qiymətləndirilməsi tam rəqamsallaşdırılıb. Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədri Ramin Rzayev əlillik və reabilitasiya sahələrində aparılan islahatlar, hərbi xidmətə çağırılanların yekun tibbi müayinəsi sahəsində ötən il görülmüş işlər və 2026-cı ilin hədəflərinə həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib.

Sədr bildirib ki, 4 kateqoriya üzrə rəy verilmiş çağırışçılar Agentliyin Tibbi Qiymətləndirmə Mərkəzində elektron növbəlilik prinsipi əsasında peşəkar mütəxəssislər tərəfindən əyani müayinədən keçirilir. Qəbul edilən qərarlar elektron sistemə daxil edilir və çağırışçılar nəticələr barədə elektron qaydada məlumatlandırılırlar.

Ramin Rzayev əlavə edib ki, Agentlik tərəfindən icra olunan rəqəmsal və inklüziv layihələr, o cümlədən “Sənə özəl” platforması və “Səsiniz olaq” onlayn surdotərcümə xidməti əlilliyi olan şəxslərin xidmətlərə çıxışını daha da asanlaşdırıb və bu sahədə beynəlxalq səviyyədə də müsbət qiymətləndirilib.

Aytac

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol