• $
  • €
  • ₽
  • ₺
  • £

"Xəvarici" və "sələfi" silahlı insidentilə bağlı daha üç nəfər tutulub

"Xəvarici" və "sələfi" silahlı insidentilə bağlı daha üç nəfər tutulub
14.12.2013 18:00
Xəbər verildiyi kimi, dekabrın 11-də Sumqayıtda ekstremist təmayüllü "Xəvarici"lərlə "Sələfi" təriqətinə mənsub bir qrup şəxs arasında baş vermiş silahlı münaqişə nəticəsində şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları almışlar.Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən Trend-ə daxil olan birgə məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə maddi sübutlar götürülmüş, bu ağır cinayətin iştirakçısı olan 7 nəfər saxlanılmışdır.Aparılan araşdırmalarla bu ağır cinayət zamanı qumbaranın şəhər sakini Elşən Musayev tərəfindən atılması müəyyən edilmiş, onun evindən 1 avtomat silah, 32 ədəd patron və 2 patron darağı, hadisənin digər iştirakçıları - Zaur Paşayevin və Murad Məhərrəmovun yaşadıqları mənzillərdən 2 qumbara, 3 ov tüfəngi, 99 patron, qanunla qadağan olunmuş 58 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və xeyli sayda disklər aşkar edilmişdir.Həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirlərinin davamı olaraq, cinayətdə şübhəli bilinən daha üç nəfər - Sumqayıt şəhər sakinləri Elçin Mirzəyev, Tehruz Soltanov və Elman Məmmədli tutulmuşlar.Onların yaşadıqları evlərə baxış zamanı isə "Revolver" markalı tapança, 1 süngü-bıçaq, 2 ov tüfəngi, 139 ədəd müxtəlif çaplı patron, 2 patron darağı, 1 əleyhqaz, qanunla qadağan olunmuş 100-dən çox dini ədəbiyyat və disklər götürülmüşdür.Hazırda faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol