• $
  • €
  • ₽
  • ₺
  • £

Axund: Vəhhabilər Azərbaycanda sabitliyi pozmaq istəyirlər

Axund: Vəhhabilər Azərbaycanda sabitliyi pozmaq istəyirlər
14.12.2013 12:15

“Adam güllələmək, ziyarətgah partlatmaq, uşaq öldürmək din tərəfindən normal qarşılanmır”.

Xəvariclər, sələfilərdir, yəni vəhhabilər ənənəvi təriqət mənsublarına ciddi təsir göstərə bilmədiklərindən öz aralarında qarşıdurma yaradaraq, gündəmə gəlməyə çalışırlar. Bunu açıq demək lazımdır.

ANN.Az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) cənub zonası üzrə səlahiyyətli nümayəndəsi, axund Hacı Sədi Axundzadə deyib.

O, bildirib ki, din insanlara dözümlülük öyrədir. Hər bir insanın qarşı tərəfə hörmətlə yanaşması ilahi dinlərdə ehtiva olunur:

“İnsanlar başqa birinin qıldığı namaza - ibadətinə, fikirlərinə, dəyərlərinə, məzhəbinə hörmətlə yanaşmalıdır. Bu İslamın vacibatlarındandır. İslamda isə radikalizm qəbul olunmur. Münaqişə yaratmaq və tərəflər arasında qarşıdurma toxumu səpmək, dözümsüzlük təbliğ etmək İslamın və ümumiyyətlə, dinlərin əleyhinə olan bir hərəkətlərdir”.

Axund qeyd edib ki, buna baxmayaraq son illərdə qeyri-ənənəvi cərəyanlar narahatlıq yaradır:

“Azərbaycan tarixində heç bir zaman məzhəb qarşıdurması baş verməyib. Ümumiyyətlə, güclə nəyəsə nail olmaq mümkün deyil. Bu siyasi oyunbazların gündəmə çıxmaları üçün təfriqədir. Hər bir şeyə əl atıblar. Bu məzhəblərarası dialoqu pozmaq cəhdidir. Təbii ki, sünni ilə şiə qarşıdurma yaratmayacaq və provokasiyalara getməyəcəklər. Çünki hər iki təriqət mənsublarının ortaq dəyərləri mövcuddur”.

S.Axundzadənin sözlərinə görə, bu sabitliyi qəbul etməyən yeganə təriqət isə xəvariclər, sələfilərdir, yəni vəhhabilərdir:

“Bunu açıq demək lazımdır. Öz varlıqlarını bu yolla sübut etməyə çalışırlar. Amma bilsinlər ki, radikalizmi insanlıq qəbul etmir. Adam güllələmək, ziyarətgah partlatmaq, uşaq öldürmək heç bir din tərəfindən də normal qarşılanmır. Adını nə qoyurlar qoysunlar, Allaha ibadət edən insan qan tökmək, zülm etmək, ümumiyyətlə, sabitliyi pozmaq kimi əməllər edə bilməz”.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol