• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ov mövsümünün müddətiuzadılıb

Azərbaycanda ov mövsümünün müddətiuzadılıb
30.01.2026 12:25

Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən “Ov Məsələləri üzrə Koordinasiya Şurası”nın növbəti iclasında ov mövsümünün müddətinin artırılması barədə qərar qəbul edilib. Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib.

O bildirib ki, ölkə ərazisində quşların qış sayğısı yekunlaşıb və mütəxəssislər tərəfindən aparılan müşahidələr nəticəsində quş populyasiyalarının sabit olduğu müəyyən edilib. Mövcud vəziyyət, quşların qışlama dövrünün xüsusiyyətləri və ov həvəskarlarının müraciətləri nəzərə alınaraq ov mövsümünün 1 mart 2026-cı il tarixinədək uzadılması məqsədəuyğun hesab olunub.

Xidmət rəsmisi vurğulayıb ki, ov mövsümü müddətində vətəndaşlar mövcud qanunvericiliyin tələblərinə ciddi riayət etməli, yalnız müəyyən edilmiş limitlər daxilində və qanuni icazə sənədləri əsasında ov etməlidirlər, qadağan olunmuş ərazilərdə, o cümlədən milli parklar və dövlət təbiət qoruqlarında ov hallarına yol verilməməlidir.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol