• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Qəhrəmanlarımız haqqında sayt

Milli Qəhrəmanlarımız haqqında sayt
14.12.2013 10:00

“Bu, böyüyən nəslin hərbi-vətənpərvərlik tərbiyəsinin bir hissəsi olmalıdır”.

Hazırda Azərbaycanın 211 Milli Qəhrəmanı var və onlardan yalnız 17 nəfəri sağdır. Lakin təəssüflə qeyd etmək lazımdır  ki, bu gün gənclərimizin əksəriyyəti Azərbaycanın Milli Qəhrəmanlarını yaxşı tanımır və ya onlarla bağlı tam olaraq məlumatlı deyillər.

Halbuki, gənclər onların adlarını bilməli, onlarla qürur duymalı, onların bioqrafiyasını öyrənməli, həmin insanlara bənzəməyə çalışmalı və onlar haqqında məlumatları gələcək nəsillərə ötürməlidirlər.

Bu, böyüyən nəslin hərbi-vətənpərvərlik tərbiyəsinin bir hissəsi olmalıdır.

ANN.Az xəbər verir ki, bütün bunları nəzərə alaraq, Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, “İRƏLİ” İctimai Birliyi, “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin təşkilati dəstəyi və “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Milli Qəhrəmanlarımızı Xatırlayaq və Tanıdaq” layihəsi çərçivəsində özündə zəngin məlumatları birləşdirən www.milliqehramanlar.az  saytı hazırlanıb. 

Qeyd edək ki, “Milli Qəhrəmanlarımızı Xatırlayaq və Tanıdaq” layihəsi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2.3. Azərbaycanın Milli Qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsi bəndinə uyğun olaraq Gənclər və İdman Nazirliyinə təqdim olunub.

Layihənin keçirilməsində əsas məqsəd ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş Azərbaycanın Milli Qəhrəmanlarının tanıdılması və gənclərə bu uca ada layiq olan hər bir Milli Qəhrəmanlarımız, onların həyatı, keçdiyi böyük və şərəfli döyüş yolları, göstərdiyi igidliklər haqqında tam ətraflı məlumat verməkdən ibarətdir.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol