• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda embrion hüquq sistemi yaradıla bilər

Azərbaycanda embrion hüquq sistemi yaradıla bilər
13.12.2013 20:00
 Azərbaycanda embrion hüquq sistemi, ana bətnində doğuşa qədər olan dövrdə insan hüquqları sistemi yaradıla bilər.Milli Məclisdən (MM) APA-ya verilən məlumata görə, bununla bağlı insan hüquqları ilə bağlı bir sıra qanunlara, o cümlədən müvafiq olaraq Cinayət və İnzibati Xətalar məcəllələrinə əlavə və dəyişikliklərin edilməsi təklif olunur. Layihəyə əsasən, ana bətnində olan körpələrin hüquqları rəsmiləşdirilir və doğuşa qədər dövrdə onunla bütün proseslər embrion hüquqlar nəzərə alınmaqla həyata keçirilir. Layihənin növbəti sessiya Milli Məclisin müzakirəsinə təklif olunması nəzərdə tutulur. Məsələ ilə bağlı APA-ya açıqlamasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Rafael Cəbrayılov bildirib ki, o da bu təklifin əsas tərəfdarlarındandır. Onun sözlərinə görə, bu hüquq sisteminin yaradılması istər sağlam doğuş, istərsə də sağlam nəslin yetişməsi ilə bağlı xeyli uğurlu nəticələr ortaya qoyacaq: “Embrion hüququn digər insan hüquq sistemindən bir fərqi odur ki, burada o hüququn subyekti kimi öz hüquqlarını müdafiə etmək imkanında ola bilmir. Amma nəzəriyyə kimi bunu biz reallaşdıraraq digər vasitələr ilə ana bətnindəki körpənin hüquqlarını təmin etmiş olarıq. Hansı ki, bu gün ana bətnindəki körpələr ilə bağlı bu gün ailələrdə kifayət qədər absurd qərarlar verilir. Embrion hüququn başlanğıcı isə mayalanmanın baş tutduğu andan hesablanır”. O qeyd edib ki, insan hüquqlarının embrion mərhələsinin rəsmiləşdirilməsi insan hüquq sisteminin tərkib hissəsidir. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol