Güclü külək Bakıda 37 ağacı sındırıb

Axşam saatlarından davam edən güclü külək nəticəsində saat 12.00-a olan məlumata əsasən Bakıda 37 ağac sınıb. Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Qeyd olunub ki, həmçinin 23 ağacın budaqları qırılıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları sınan ağac və qırılan budaqları götürərək ərazini təmizləyirlər.
Qeyri-sabit hava şəraiti fevralın 7-dək davam edəcək.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























