• $
  • €
  • ₽
  • ₺
  • £

Minaaxtaranlarımız müharibədə partladılan tuneli təmizləyəcək

Minaaxtaranlarımız müharibədə partladılan tuneli təmizləyəcək
13.12.2013 16:52
Azərbaycan Gürcüstanda mina və partlamamış hərbi sursatların ləğv edilməsi layihələrinə dəvət olunub.Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov məlumat verib. N. İsmayılovun sözlərinə görə, Gürcüstanda 2008-ci il müharibəsi zamanı ruslar tərəfindən dağın altında yerləşən bir tunel partladılıb, əraziyə çox sayda döyüş sursatı səpələnib. Digər layihə isə Gürcüstanda milli mina təmizləmə potensialının yaradılmasına dəstək və həyata keçirilən işlərin qiymətləndirilməsi ilə bağlıdır. «Gürcüstan bununla bağlı NATO-ya kömək üçün müraciət edib. Öz növbəsində, NATO tərəfi bizdən bu layihələrin həyata keçirilməsinə dəstək verməyinizi istəyir», - deyə ANAMA direktoru vurğulayıb. N. İsmayılov qeyd edib ki, yaxın vaxtlarda Gürcüstandan 6 nəfərlik nümayəndə heyətinin təlim məqsədilə Azərbaycana səfəri olacaq. Qeyd edək ki, ANAMA 2011-ci ildə NATO-nun Təchizat Agentliyinin Gürcüstan Müdafiə Nazirliyinin minaaxtaran heyətinin hazırlanması məqsədi ilə elan etdiyi tenderin qalibi olub. Həmin layihə üzrə ANAMA-nın Beynəlxalq Təlim Mərkəzində Gürcüstan Müdafiə Nazirliyi üçün 60 minaaxtaran hazırlanıb.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol