• $
  • €
  • ₽
  • ₺
  • £

Alpinistləri hədələyən silahlı şəxslər kimdir?

Alpinistləri hədələyən silahlı şəxslər kimdir?
13.12.2013 16:35
Naməlum şəxslər Azərbaycan Alpinizm Federasiyasının dekabrın 14-15-də Qusar rayonunun Laza kəndi yaxınlığında keçirəcəyi beynəlxalq idman tədbirini pozmağa çalışırlar.Bu, draytuling – alpinist təchizatından istifadə ilə buza və qayalara dırmanma üzrə yarışdır.Lakin iki gündür ki, mülki geyimli naməlum şəxslər (aralarında silahlı olanı da var) yarış yolunu hazırlayan UİAA Beynəlxalq Alpinizm Federasiyasının nümayəndəsi Aleksandr Klenovun işinə mane olurlar.Tapança ilə silahlanmış bir neçə şəxs Federasiyanın təmsilçisi Rauf Zeynalovu hədələyərək, hazırlıqlara son qoymağı və oranı tərk etməyi tələb edirlər.“Polis mayoru, sahə müfəttişi Sahib Qafarovun gözü qarşısında məni tapança ilə hədələyiblər. Bu şəxslər özlərini təqdim etmək tələblərimə cavab vermirlər.Müfəttişə bu insanların kimliyini araşdırmaqla bağlı müraciətimə polis mayoru reaksiya vermir”, deyə Rauf Zeynalov telefonla Turan-a bildirib.Polis mayoru Turan-ın müxbirinə baş verənləri sakitcə izləməsinin səbəbini izah etməkdən imtina edib və telefon dəstəyini asıb.Yerli sakinlər naməlum şəxslərin Ekologiya Nazirliyinin işçiləri olduğunu bildiriblər.Turan-ın sorğusuna cavabda Ekologiya Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi İradə İbrahimova bildirib ki, sözügedən bölgədə Ekologiya Nazirliyinin müfəttişləri yoxdur.Qeyd edək ki, bundan bir gün əvvəl alpinistlərə yerli bələdiyyə vasitəsilə təzyiq göstərməyə çalışıblar. Onlardan “arayış” təqdim etməyi və tədbirin hansı əsaslarla keçirildiyini izah etməyi tələb ediblər. İzahat verilib, lakin alpinistlərə qarşı təzyiq yalnız güclənib.“Beynəlxalq yarışları pozmaq istəyinin əsl səbəbi Ekologiya Nazirliyinin bir idman növü kimi alpinizmi inhisara almaq cəhdidir. Ekologiya Nazirliyi bir neçə il əvvəl FAİREX adlı federasiyasını yaradıb və Gənclər və İdman Nazirliyinin səssiz razılığı ilə alpinistlər üçün dözülməz şərait yaratmağa və sadəcə olaraq bir təşkilat kimi Federasiyamızı məhv etməyə çalışır”, deyə Federasiyanın vitse-prezidenti Eldar Cəfərov Turan agentliyinə bildirib.Qeyd edək ki, alpinistlərə qarşı silahlı təzyiq təcrübəsi ilk dəfə bu il Pakistanda qeydə alınıb, orada taliblər beynəlxalq ekspedisiyanın 10 üzvünü güllələyiblər.Silahlı şəxslərin müntəzəm olaraq Azərbaycanın şimalında görünən dini ekstremistlərlə əlaqəsi ola biləcəyi istisna deyil. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol