Bakının 5 rayonunda su olmayacaq

Bu gün Bakının 5 rayonunda içməli su problemi yaranacaq. “Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Kür-Bakı su kəmərinin Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş vermiş qəza ilə əlaqədar bu gün Bakının Qaradağ, Səbail, Nəsimi, Yasamal və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























