• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat bələdiyyələrdə könüllülük hərəkatının yaradılmasını təklif edir

Deputat bələdiyyələrdə könüllülük hərəkatının yaradılmasını təklif edir
09.02.2026 14:50

Milli Məclisin deputatı Aydın Mirzəzadə bələdiyyələrin fəaliyyətinə ictimai iştirakçılığın artırılması məqsədilə könüllülük mexanizminin yaradılmasını təklif edib.

Mirzəzadə bildirib ki, hazırda ölkədə müxtəlif sahələr üzrə könüllülük təcrübəsi mövcuddur və bu model bələdiyyələrə də tətbiq oluna bilər. Onun sözlərinə görə, tələbələr, eləcə də yaşından asılı olmayaraq ictimai fayda vermək istəyən şəxslər bu prosesə cəlb edilməlidir.

“Ayrı-ayrı sahələr üzrə könüllülük var. Bələdiyyələr üzrə də könüllü olanlar bu prosesə cəlb olunsun. Məsələn, tələbələr və ya 70 yaşında olub kömək etmək istəyən insanlar. Onların bu prosesdə iştirakı təmin edilməlidir”, – deputat qeyd edib.

Aydın Mirzəzadə vurğulayıb ki, bələdiyyələrdə könüllülük hərəkatının formalaşdırılması həm yerli idarəetmədə vətəndaş iştirakını gücləndirə, həm də bələdiyyə institutuna ictimai marağı artıra bilər.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol