• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya çempionu Gəncədə qəzaya düşdü

Dünya çempionu Gəncədə qəzaya düşdü
13.12.2013 14:08
Gəncədə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Gəncənin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Daşkəsən rayon sakini, 33 yaşlı Məmməd İsmayılovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Ukrayna vətəndaşı, avarçəkmə üzrə 3 qat dünya çempionu, 2012-ci il London Olimpiadasında Azərbaycanı təmsil edən 30 yaşlı Valentin Yuriyeviç Demyanenkonun idarə etdiyi “BMW” markalı avtomobil toqquşub. Qəzadan sonra “VAZ 2107” yolun əks istiqamətində hərəkət edən, Samux rayonunun Sərkar kənd sakini, 33 yaşlı Müseyib Hüseynovun digər “VAZ 2107”yə çırpılıb.Qəza nəticəsində Məmməd İsmayılovun avtomobilində olan Göygöl rayonunun Balçılı kənd sakinləri - 22 yaşlı Orxan Mehdiyev, 23 yaşlı Emin Tağıyev və Müseyib Hüseynova məxsus ikinci “VAZ-2107”-də olan 11 yaşlı Tahirə Hüseynova, 19 yaşlı Elvin Həsənov müxtəlif bədən xəsarətləri alaraq, Gəncə Şəhər Təcili Yardım Xəstəxanasına yerləşdiriliblər. Onalrın səhhətinin kafi olduğu bildirilir.Gəncə Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, qəza törədən “VAZ 2107”-nin sürücüsü Məmməd İsmayılov sərxoş olub. Faktla bağlı araşdırma aparılır.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol