• $
  • €
  • ₽
  • ₺
  • £

Allahşükür Paşazadə Roma Papasını Azərbaycana dəvət edib

Allahşükür Paşazadə Roma Papasını Azərbaycana dəvət edib
10.02.2026 15:27

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 9-da Vatikanda Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Roma Papası XIV Leo ilə görüşüb və onu Azərbaycana rəsmi səfərə dəvət edib. Bu barədə QMİ məlumat yayıb.

Papa XIV Leo Azərbaycanın müxtəlif dini konfessiyalarının birlikdə Vatikana səfərini sülh, insan qardaşlığı və birgəyaşayışın nümunəsi kimi qiymətləndirib.

Şeyxülislam A. Paşazadə bildirib ki, Azərbaycanla Müqəddəs Taxt-Tac arasında münasibətlərin inkişafı qarşılıqlı dövlət səfərləri və dinlərarası dialoq vasitəsilə möhkəmlənir. Onun sözlərinə görə, Vatikan–QMİ xətti üzrə onilliklərə dayanan əməkdaşlıq qlobal miqyasda dinlərarası dialoqa töhfə verir.

Paşazadə vurğulayıb ki, 2027-ci ildə Azərbaycanla Müqəddəs Taxt-Tac arasında diplomatik əlaqələrin qurulmasının 35 illiyi, Ümummilli lider Heydər Əliyevlə Roma Papası II İohann Pavel arasında ilk görüşün 30 illiyi qeyd olunacaq və bu tarixlər Roma Papasının Azərbaycana səfəri üçün xüsusi rəmzi əhəmiyyət daşıyır. Bu çərçivədə Papa XIV Leoya rəsmi dəvət məktubu təqdim edilib.

QMİ sədri Azərbaycan və Ermənistan liderlərinin regionda sülh üçün göstərdiyi səylər fonunda erməni kilsəsinin bu prosesi dəstəkləməməsini təəssüf doğuran hal kimi dəyərləndirib və Azərbaycanın dini irsə münasibətdə tolerant yanaşma sərgilədiyini bildirib. O qeyd edib ki, Bakının mərkəzində erməni kilsəsinin mövcudluğu bu mövqenin real göstəricisidir.

Görüşdə çıxış edən Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete son 17 ildə ölkədə dinlərarası münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Digər dini icma rəhbərləri — Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili, Sefarad yəhudiləri Bakı icmasının rəhbəri Zamir İsayev Azərbaycandakı multikultural və tolerant mühiti yüksək qiymətləndiriblər.

Görüş zamanı Azərbaycanda dinlərin tarixi, dini abidələr və işğal dövründə vandalizmə məruz qalmış irsə dair nəşrlər Papa XIV Leoya təqdim edilib. Tədbirdə Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov iştirak edib.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol