Ağcabədidə zəncirvari qəza olub, ölən və yaralananlar var

Ağcabədi rayonunda bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəza olub.
APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
İlkin məlumata görə, üç minik avtomobilinin iştirakı ilə qeydə alınan hadisə nəticəsində ölən və yaralananlar var.
Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























