• $
  • €
  • ₽
  • ₺
  • £

Ağsu aşırımı keçilməz oldu

Ağsu aşırımı keçilməz oldu
13.12.2013 00:35
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsi, Muğanlı-İsmayıllı, İsmayıllı-Lahıc, Şamaxı-Pirqulu yolları buz bağlayıb.APA-nın məlumatına görə, hazırda həmin yolların bəzi yerlərində nəqliyyatın hərəkəti xeyli çətinləşib. Dekabrın 12-i axşam saatlarından etibarən Ağsu aşırımı buzla əlaqədar çox təhlükəli olduğu üçün sürücülər bu yoldan artıq istifadə etmirlər və hazırda nəqliyyatın hərəkəti tamamilə məhdudlaşıb. Yol polisi əməkdaşlarının APA-nın yerli bürosuna verdiyi xəbərə görə, mütəmadi olaraq sürücülərə alternativ yollardan istifadə etmək məsləhət görülür. Hazırda 14 kilometr uzunluğu olan Ağsu aşırımını qalxıb-enmək çətin olduğu üçün sürücülər alternativ olaraq Ağsu-Göylər-Şamaxı, Bakı-Kürdəmir-Ağsu, Kürdəmir-Qaraməryəm-İsmayıllı yollarından istifadə edirlər. Qeyd edək ki, Ağsu aşırımına 20 sm, dağ kəndlərinə isə 25-30 sm qar yağıb. Ağsu, Şamaxı və İsmayıllı rayon yol istismar idarələrinin işçiləri ağır texnikanı cəlb etməklə nəqliyyatın təhlükəsiz hərəkətını təmin etmək məqsədi ilə yollara qum və duz səpirlər. Gündüz vaxtı Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Qəbələ, Qobustan-Şamaxı-Muğanlı yollarında və Ağsu aşırımında 100-dən çox işçinin və 20-ə yaxın texnikanın iştirakı ilə qar və buzdan təmizləmə işləri görülüb. Gecə saatlarında isə növbəli iş rejimində çalışan işçilər yollara qum və duz səpirlər, buzun üstündə sürüşərək yoldan çıxan avtomobillərin sürücülərinə yardım edirlər. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol