• $
  • €
  • ₽
  • ₺
  • £

“Yerin təki haqqında” qanuna dəyişikliklər hazırlanır – xammalın uçotu və şəffaflıq gücləndiriləcək

“Yerin təki haqqında” qanuna dəyişikliklər hazırlanır – xammalın uçotu və şəffaflıq gücləndiriləcək
17.02.2026 12:08

“Yerin təki haqqında” qanunun 7-ci və 13-cü maddələrində dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bunu deputat Sadiq Qurbanov təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda genişmiqyaslı tikinti və bərpa işləri aparılır və bu prosesdə xammal materiallarına böyük ehtiyac yaranır. Xüsusilə tunellərin qazılması zamanı əldə olunan materiallar sonradan yol tikintisində istifadə olunur.

Deputat qeyd edib ki, dəyişikliklərin əsas məqsədi məhz bu materialların uçotunun aparılması və şəffaflığın artırılmasıdır. Bildirilib ki, əvvəllər yol tikintisində istifadə olunan xammal əlavə maliyyə vəsaiti tələb edirdisə, hazırda mövcud resurslardan səmərəli istifadə və onların qeydiyyatının dəqiq aparılması üçün qanunvericiliyin təkmilləşdirilməsi planlaşdırılır.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol