• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada prokuror Şahin Şıxlinski və Səfərovlara cəza istəyib

Rusiyada prokuror Şahin Şıxlinski və Səfərovlara cəza istəyib
17.02.2026 14:15

Prokuror Rusiyanın Ural bölgəsində Azərbaycan diasporunun lideri Şahin Şıxlinskiyə 23 il müddətinə həbs cəzası istəyib.

Sverdlovsk vilayət məhkəməsində Şıxlinski və Səfərov qardaşlarının cinayət işi üzrə məhkəmə istintaqının başa çatdığı, dövlət ittihamçısının çıxış etdiyi bildirilib.

Prokuror Şahin Şıxlinskinin 23 il, Akif Səfərovun 23 il, Ayaz Səfərov 22 il, Kamal Səfərovun 18 il müddətinə azadlıqdan məhrum edilməsi istəyib.

Bakir və Məzahir Səfərovlara 13 il, Şücaəddin Rəcəbova isə 15 il həbs cəzası tələb olunub.

Qeyd edək ki, ötən həftə məhkəmənin andlılar kollegiyası Şıxlinski və digərləri barəsində ittiham hökmü çıxarıb və onların güzəştə layiq olmadıqları qənaətinə gəlib. İttiham tərəfi hesab edir ki, təqsirləndirilən şəxslər 2001-ci ildə Yunis Paşayevin qətlinin təşkilində və 2010-cu ildə iş adamı Feyruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak ediblər.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol