• $
  • €
  • ₽
  • ₺
  • £

Mingəçevirdə pəncərədən yıxılan şagirdin vəziyyəti kafidir - Yenilənib

Mingəçevirdə pəncərədən yıxılan şagirdin vəziyyəti kafidir - Yenilənib
18.02.2026 15:39

Mingəçevirdə pəncərədən yıxılan 11-ci sinif şagirdinin vəziyyəti kafidir.  Bu barədə Anews.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

"2008-ci il təvəllüdlü yeniyetməyə sağ topuq nahiyəsinin yerdəyişən sınığı diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti kafi qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb",- məlumatda qeyd olunub.

***

Bu gün Mingəçevirdəki Mehdi Hüseynzadə adına 3 nömrəli tam orta məktəb-in 11-ci sinif şagirdi pəncərədən yıxılıb.

Şagirdin necənci mərtəbədən yıxılması idarə tərəfindən açıqlanmayıb. 

Mərkəzi Aran Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə bildirilib ki, dərhal təcili tibbi yardım çağırılıb, şagirdə ilkin yardım göstərildikdən sonra müayinə üçün müvafiq səhiyyə müəssisəsinə yönləndirilib.

Valideynlər və hüquq-mühafizə orqanları məlumatlandırılıb, xəsarət almış şagirdin vəziyyəti idarə tərəfindən nəzarətdə saxlanılır. Rəsmi açıqlamaya görə, ictimaiyyətdən hadisə ilə bağlı yalnız rəsmi qurumların məlumatlarına istinad etmələri xahiş olunur.

Aytac Zeynalova

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol