• $
  • €
  • ₽
  • ₺
  • £

Dağ Yəhudiləri İcması uşaq evini ziyarət edib

Dağ Yəhudiləri İcması uşaq evini ziyarət edib
12.12.2013 18:57
Bakı Dağ Yəhudilər İcması İdarə heyətinin qərarı və iştirakı ilə Binə Qəsəbəsində fəaliyət göstərən  və kimsəsiz usaqlara himayədarlıq edən “Ümüd Yeri” uşaq evi ziyarət edilib. Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının mətbuat xidmətinin  katibi Murad Salmanovun ANN.Az-a verdiyi məlumata görə, ziyarətin məqsədi kimsəsiz uşaqların  gələcək yeni illərini təbrik etmək və onlarla görüşmək olub. Nəzərinizə çatdıraq ki, uşaq evində 35 dən yuxarı uşaq yaşayır. Onların arasında az yaşlı və məktəbli uşaqlar da var. Ziyarət zamanı uşaq evinin sədri Şahin Novruzov uşaqlar haqqında məlumat verərək uşaq evinin gələcək perspektivindən danışıb. O, bildirib  ki, həmin uşaq evində böyümüş iki gəncin toy mərasiminə hazırlıq görülür. O, toy mərasimində Dağ Yəhudiliəri icmasının da iştirakını  arzuladığını bildirib. İcmanın idarə heyətinin üzvü Danilov Av Shalom öz uşaqlıq xatirələrindən söhbət edərək uşaq evində böyüməsidən və  oradakı maraqlı uşaqlıq illərindən söhbət açıb. Söhbət zamanı icmanın sədri Milix Yevdayev Azərbaycanda hökm sürən yüksək tolerantlıq və əmin-amanlıq şəraitinin çox yüksək olmasını qeyd edib və bildirib ki, Azərbaycan Dağ Yəhudiləri İcması  bundan sonra da Allaha xoş gedən işlərdə həmişə iştirak etmək niyyətindədir. Həmçinin Azərbaycan Praktik Psixoloqlar Assosiasiyasının prezidenti, həm də “Ümid Yeri” uşaq evinin psixoloqu Elmira Mirzəyeva kimsəsiz uşaqlardan, onların valideyin şəfqətindən məhrum olmasından danışıb. Sonda mehriban söhbətdən sonra uşaqlarla xatirə şəkili çəkilib.SeymurANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol