• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosunda texniki nasazlıq səbəbindən qatarların hərəkətində gecikmə olub

Bakı metrosunda texniki nasazlıq səbəbindən qatarların hərəkətində gecikmə olub
19.02.2026 08:42

Bu gün səhər saatlarında Bakı metrosunun “Dərnəgül” – “Həzi Aslanov” istiqamətində qatarların hərəkətində gecikmə qeydə alınıb.

Qatarlararası interval 10 dəqiqədən artıq olub. Nəticədə vaqonlarda və stansiyalarda sıxlıq yaranıb.

Bakı Metropolitenindən anews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Azadlıq prospekti” stansiyasında qatarda texniki nasazlıq baş verib. Bu səbəbdən sərnişinlər düşürülərək qatar baxış üçün “Dərnəgül” stansiyasının sərnişindaşıma həyata keçirilməyən birinci yoluna keçirilib.

Dərhal “Nərimanov” elektrik deposundan əvəzləyici qatar xəttə buraxılıb. Nasazlıq səbəbindən “Dərnəgül–Nərimanov” sahəsində interval fərqi yaranıb.

Qurum yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyib.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol