• $
  • €
  • ₽
  • ₺
  • £

Minlərlə insanın sürücülük vəsiqəsi əlindən alınıb - Deputat

Minlərlə insanın sürücülük vəsiqəsi əlindən alınıb - Deputat
20.02.2026 12:57

Son dövrlər yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin sərtləşdirilməsi və bal sisteminin tətbiqi cəmiyyətdə narazılıq doğurub. Bunu deputat Razi Nurullayev fevralın 20-də Milli Məclisdə keçirilən iclasda çıxışı zamanı deyib. 

O qeyd edib ki, qayda və intizam vacibdir, lakin bu yanaşma problemi həll etməkdən çox vətəndaşları sıxışdırır.

Alternativ nəqliyyat imkanları yoxdur: Regionlarda sürücülük bəzən ailənin dolanışığı deməkdir, ictimai nəqliyyat hər yerdə əlçatan deyil.

"Cərimə sistemi təkbaşına ədalətli deyil: Minlərlə sürücü 20 bal toplayaraq vəsiqəsindən məhrum edilib, lakin onlara seçim və alternativ təqdim olunmayıb. Cərimə siyasəti real infrastruktur islahatları ilə paralel aparılsın. Yol nişanları və xətləri təkmilləşdirilsin.  İşıqlı piyada keçidləri və ağıllı nəzarət sistemləri quraşdırılsın", - deputat bildirib. 

Deputat vurğulayıb ki, yalnız bu yolla yol təhlükəsizliyi artırıla bilər, əks halda cərimələr cəmiyyətdə narazılığı dərinləşdirəcək.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol