• $
  • €
  • ₽
  • ₺
  • £

Orxan Zeynalovla bağlı Azay Quliyevə məktub göndərildi

Orxan Zeynalovla bağlı Azay Quliyevə məktub göndərildi
12.12.2013 17:25
Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin 18 oktyabr 2013-cü ildə Orxan Zeynalovun həbsi ilə bağlı Rusiya Federasiyası İctimai Palatasının sədrinə ünvanlandığı məktubda qaldırdığı məsələlərə Moskva şəhər prokurorluğu münasibət bildirib. Şuradan APA-ya verilən məlumata görə, məktubda A.Quliyevin O.Zeynalov həbs olunarkən zorakılığa məruz qalması ilə bağlı narahatlığına cavab olaraq bununla bağlı oktyabrın 24-də məhkəmə tibbi ekspertizasının təyin olunduğu, noyabrın 11-də isə onun yekun nəticəsinin açıqlanma müddətinin daha bir ay uzadıldığı qeyd edilir. Prokurorluq yalnız tibbi ekspertizanın yekun rəyindən sonra həbs edilərkən soydaşımıza qarşı hər hansı qanun pozuntusu hərəkətinin yol verilməsi məsələsinə hüquqi cəhətdən tamlıqla aydınlıq gətiriləcəyini bildirib. Moskva şəhər prokurorluğu O.Zeynalovun həbsi ətrafında mətbuatda gedən iddiaların onun həbs olunarkən zorakılığa məruz qalması ilə bağlı hər hansı cinayət işi açmağa yetərli olmadığını da vurğulayıb. Xatırladaq ki, Şura sədrinin Rusiya Federasiyası İctimai Palatasının sədri Yevgeni Velixova ünvanlandığı məktubda məişət zəminində baş vermiş bu hadisənin milli müstəviyə çıxarılmasından, O.Zeynalovun hüquqlarının kobud şəkildə pozulmasından və zorakılığa məruz qalmasından ciddi narahatlıq ifadə olunub. Şura bundan sonra da O.Zeynalovun həbsi ilə bağlı məsələni nəzarətdə saxlamaqda davam edəcək.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol