• $
  • €
  • ₽
  • ₺
  • £

Sürüşmə nəticəsində 11 nəfər xəstəxanaya yerləşdirilib

Sürüşmə nəticəsində 11 nəfər xəstəxanaya yerləşdirilib
12.12.2013 15:26
Bakıda müşahidə olunan şaxtalı və qarlı hava şəraiti nəticəsində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciətlərin sayı artıb.Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin baş həkimi Zemfira Vahidova APA-ya açıqlamasında bildirib ki, artıq sürüşmə nəticəsində xəsarət alan və xəstəxanaya yerləşdirilənlər olub. Onun sözlərinə görə, müraciətlər əsasən küçədə sürüşmə nəticəsində qeydə alınan zədələrlə bağlıdır: “Bu gün səhərdən indiyədək stansiyaya 15 müraciət daxil olub. Onlardan 4 nəfərinə yerində ilkin tibbi-yardım göstərilib, 11 nəfəri isə diaqnozundan asılı olaraq müxtəlif xəstəxanalarda yerləşdirilib. Müraciət edən 15 nəfərdən 4 nəfəri kişi, 11 nəfəri isə qadındır”. Z.Vahidova müraciətlərin daha çox hansı ərazilərdən daxil olduğunu da açıqlayıb. Onun sözlərinə görə, sürüşmə nəticəsində zədələnmə ilə bağlı müraciətlər daha çox Nərimanov, Yasamal, Nəsimi Binəqədi Səbail rayonundan daxil olub. Baş həkim qeyd edib ki, paytaxtın Xəzər, Sabunçu, Suraxanı və Xətai rayonlarında qar az yağdığından və orada daha çox yağış müşahidə edildiyindən hər hansı bir zədə ilə bağlı müraciət daxil olmayıb.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol