• $
  • €
  • ₽
  • ₺
  • £

GMO bitkilərin aşkarlanması üzrə monitorinqlər keçirilir

GMO bitkilərin aşkarlanması üzrə monitorinqlər keçirilir
29.05.2020 04:47
Azərbaycanın bir sıra bölgələrində geni modifikasiya olunmuş (GMO) bitkilərin aşkarlanması üzrə monitorinqlər keçirilib.Bu barədə «APA-Economics»ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Milli Elmlər Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səhiyyə Nazirliyinin mütəxəssislərindən ibarət Ekspert Şurası tərəfindən Şəki-Zaqatala, Quba-Xaçmaz və Lənkəran-Astara  bölgələrində geni dəyişdirilmiş bitkilərin aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə monitorinqlər keçirilib. Monitorinqlər çərçivəsində Ekspert Şurasının üzvləri İcra Hakimiyyəti başçılarının aqrar məsələlər üzrə müavinləri, ərazi kənd təsərrüfatı idarələrinin mütəxəssisləri, Aqrar Elm Mərkəzinin regional bölmələri və elmi-tədqiqat institutlarının dayaq məntəqələrinin əməkdaşları və fermerlərlə görüşlər keçirib, qanunvericiliyin tələbləri haqqında geniş məlumatlar verilib. Mütəxəssislər bir sıra bitkilərin toxum materiallarından nümunələr götürərək sınaqların aparılması məqsədilə laboratoriyaya təqdim edilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) geni modifikasiya olunmuş məhsulların təyini laboratoriyasında aparılmış sınaqlar nəticəsində nümunələrdən heç birində gen dəyişikliyi aşkar olunmayıb. Araşdırmalar davam etdirilir. Qeyd edək ki, «Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında» qanunun 21-ci maddəsinə görə, Azərbaycan ərazisinə genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının gətirilməsi, rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsi qadağandır. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol