• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə Nazirliyi vətəndaşları saxta yoxlamalarla bağlı xəbərdar edib

Səhiyyə Nazirliyi vətəndaşları saxta yoxlamalarla bağlı xəbərdar edib
24.02.2026 16:10

Azərbaycanda son dövrlərdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin adından qanunsuz istifadə halları qeydə alınıb.

Bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bəzi şəxslər Mərkəzin adından çıxış edərək Bakı şəhərində və regionlarda fəaliyyət göstərən obyektlərə yaxınlaşır, guya sanitar-epidemioloji vəziyyətin qənaətbəxş olmadığını iddia edir və dezinfeksiya, dezinseksiya, deratizasiya kimi xidmətlərin həyata keçirilməsini tələb edirlər. Onlar bu tələblər yerinə yetirilmədiyi halda inzibati məsuliyyət tədbirləri görüləcəyi ilə hədələyirlər.

Nazirlik vurğulayıb ki, dövlət sanitariya-epidemioloji nəzarəti çərçivəsində yoxlamalar yalnız qanunla müəyyən edilmiş qaydada aparılır. Rəsmi yoxlama zamanı vəzifəli şəxslər xidməti vəsiqələrini təqdim etməli, yoxlama barədə qərarın surətini və yoxlamanın vahid məlumat reyestrində qeydiyyata alınmasına dair çıxarışı sahibkarlıq subyektinə təqdim etməlidirlər.

Rəsmi yoxlamaların yalnız səlahiyyətli əməkdaşlar tərəfindən və hüquqi əsaslar mövcud olduqda həyata keçirildiyi qeyd olunub. Mərkəzin adından kommersiya xidmətlərinin təklif edilməsi və ya hədə-qorxu yolu ilə ödəniş tələb olunması qanunsuz hesab edilir.

Vətəndaşlardan və sahibkarlıq subyektlərindən belə hallarla qarşılaşdıqda nazirliyin 9103 qaynar xəttinə, Mərkəzin əlaqə nömrəsinə və ya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermələri xahiş olunur.

Nazirlik vətəndaşları diqqətli olmağa və yalnız rəsmi dövlət qurumlarının məlumatlarına etibar etməyə çağırıb.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol