• $
  • €
  • ₽
  • ₺
  • £

Mədəniyyət Nazirliyi festivalda qalib gələn uşaqların pul mükafatını niyə gecikdirir? - Açıqlama

Mədəniyyət Nazirliyi festivalda qalib gələn uşaqların pul mükafatını niyə gecikdirir? - Açıqlama
25.02.2026 15:50

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Uşaq İncəsənət Festivalı qalibləri onlara ayrılan vəsaitin hələ də köçürülmədiyini bildiriblər. Bu barədə anews.az-a qalib iştirakçıların valideynləri müraciət edib.

Valideynlər deyir ki, 2023-cü il festivalında ödənişlər tədbirdən iki gün sonra həyata keçirilmişdi, lakin bu il iki ay keçməsinə baxmayaraq nazirlikdən konkret cavab və ödəniş alınmayıb.

Valideynlər həmçinin festivalın rəsmi Instagram səhifəsində ödəniş gecikməsindən narazılıqlarını ifadə ediblər.

Mədəniyyət Nazirliyi anews.az-a açıqlamasında bildirib ki, qaliblərin ödənişləri mərhələli şəkildə həyata keçirilir.

"Uşaq İncəsənət Festivalı çərçivəsində qalib olmuş iştirakçılara nəzərdə tutulan pul mükafatlarının ödənişi artıq həyata keçirilməkdədir. Hazırda köçürmələr qaliblərin valideynləri tərəfindən təqdim edilmiş müvafiq sənədlər əsasında onların bank hesablarına mərhələli şəkildə həyata keçirilir. Ümumilikdə 512 qalibin olması səbəbindən ödəniş prosesi ardıcıl şəkildə təşkil olunmuşdur və yalnız sənədlərini tam şəkildə təqdim etmiş şəxslər üzrə köçürmələr icra edilir. Eyni zamanda, ilin əvvəlində büdcə vəsaitlərinin açılması və maliyyə prosedurlarının tamamlanması, habelə təqdim edilmiş sənədlərin düzgünlüyünün yoxlanılması müəyyən vaxt tələb edib. Hazırda proses davam edir və sənədlərini təqdim etmiş bütün qaliblərə ödənişlərin tam şəkildə çatdırılması təmin olunacaq", - açıqlamada deyilir. 

Uşaq İncəsənət Festivalında 3 nominasiya üzrə qaliblər olub. Birinci yerin qalibi üçün min manat, ikinci yer üçün 500 manat, üçüncü yer üçün isə 400 manat nəzərdə tutulub. 

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol