• $
  • €
  • ₽
  • ₺
  • £

Anar Niftəliyev Baş Prokurorluğa çağırıldı

Anar Niftəliyev Baş Prokurorluğa çağırıldı
12.12.2013 12:35
Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının həyat yoldaşı Anar Niftəliyev Baş Prokurorluğa çağırılıb. A. Niftəliyev APA-ya bildirib ki, Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəisi Nazim Abbasov və idarənin əməkdaşı Ramin Qocayevin dəvəti ilə prokurorluğa gedib. Onun sözlərinə görə, Baş prokurora etdiyi müraciətlə əlaqədar keçirilən görüşdə şikayəti dinlənilib: “Həyat yoldaşım, Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı Nəsimi Rayon Prokurorluğunda başlayan cinayət işinin istintaqının ləng getməsi, zərərçəkən kimi istintaqa verdiyim iddialarla bağlı istintaq hərəkətlərinin yubadılması, həmçinin məndə olan qeyri-rəsmi məlumatlar haqqında danışdım”. A. Niftəliyev qeyd edib ki, N. Abbasov bu cinayət işinin şəxsən baş prokuror Zakir Qaralovun nəzarətində olduğu, bununla bağlı xüsusi tapşırıq verdiyi barədə onu məlumatlandırıb: “Sabahdan başlayaraq, Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsində istintaq materiallarının araşdırılacağını və zəruri addımlar atılacağını bildirdilər”. Qeyd edək ki, tənqidçi Elnarə Tofiqqızı 20 sentyabr 2013-cü ildə “Medi Sina” klinikasında əməliyyat zamanı dünyasını dəyişib, 25 sentyabr 2013-cü ildə Nəsimi Rayon Prokurorluğunda faktla bağlı cinayət işi qaldırılıb.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol