• $
  • €
  • ₽
  • ₺
  • £

Üzərliklə bağlı daha bir qurumdan xəbərdarlıq

Üzərliklə bağlı daha bir qurumdan xəbərdarlıq
02.03.2026 19:00

Dövlət Dəniz və Liman Agentliyi Rusiyanın Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanın Rusiyadakı Səfirliyinə daxil olan notaya əsasən dənizçilərə çağırış edib.

Çağırışda harmala (üzərlik) bitkisinin narkotik tərkibli bitkilər siyahısına daxil edildiyi və Rusiya ərazisində nəzarətə götürüldüyü qeyd olunub.

Həmçinin sözügedən bitkinin qanunsuz dövriyyəsi, saxlanılması və ya qaçaqmalçılığının Rusiya qanunvericiliyinə uyğun olaraq inzibati və cinayət məsuliyyəti daşıdığı da bildirilib.

Dövlət Dəniz və Liman Agentliyi qeyd olunanları nəzərə alaraq dənizçilərə xarici dövlətlərin, xüsusilə Rusiyanın ərazisinə giriş və çıxış zamanı müvafiq ölkələrin qanunvericiliyinə ciddi riayət etməyi, habelə harmala (üzərlik) bitkisi də daxil olmaqla bir sıra ölkələrdə qadağan edilmiş maddələrin siyahısı ilə əvvəlcədən tanış olmağı, həmin maddələrin istifadəsindən, daşınmasından və saxlanılmasından qəti şəkildə çəkinməyi tövsiyə edib.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol