• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Rusiya prokurorluğu arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Rusiya prokurorluğu arasında əməkdaşlıq müzakirə olunub
03.03.2026 14:27

Baş prokuror Kamran Əliyev Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının Baş prokurorunun müavini Pyotr Qorodovu qəbul edib. Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Görüşdə dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində Azərbaycan ilə Rusiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin dinamik inkişafı xüsusi vurğulanıb. Bildirilib ki, iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın yüksək səviyyəsi və dövlətlərarası dialoqun davamlı xarakteri siyasi, iqtisadi, nəqliyyat-logistika və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm zəmin yaradır. Bu münasibətlər, həmçinin hüquq-mühafizə və prokurorluq orqanları arasındakı əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Rusiya Federasiyasının Baş prokurorunun müavini Pyotr Qorodov iki ölkənin prokurorluq orqanları arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. O, cinayət işləri üzrə göndərilən sorğuların peşəkar və keyfiyyətli şəkildə tərtib olunmasını, həmçinin uzun illər əvvəl Rusiya Federasiyasında törədilmiş cinayətin Azərbaycan Respublikasında açılaraq təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini yüksək qiymətləndirərək minnətdarlığını çatdırıb. Bununla yanaşı, cari il ərzində keçiriləcək mühüm beynəlxalq tədbirlərdə iştirak etmək üçün dəvət ünvanlayıb.

Baş prokuror cavabında beynəlxalq tədbirlərin və tərəfdaşlarla əlaqələrin inkişaf etdirilməsinin Baş Prokurorluq üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tərəflər prokurorluq orqanları arasında mövcud olan sıx əməkdaşlıq və dostluq münasibətlərinin bütün istiqamətlər üzrə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə ediblər.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol