• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in “Oflayn qadınlar” layihəsi beynəlxalq mükafata layiq görülüb

Azercell-in “Oflayn qadınlar” layihəsi beynəlxalq mükafata layiq görülüb
03.03.2026 15:55

Azercell-in qadınlara qarşı zorakılıqla mübarizə istiqamətində həyata keçirdiyi “Oflayn qadınlar” sosial təşəbbüsü beynəlxalq səviyyədə qiymətləndirilib. Layihə Londonda keçirilən “The Indie Awards 2026” mükafatlandırma mərasimində “İctimai Rifah” (Public Good Award) kateqoriyasında gümüş mükafata layiq görülüb.

Münsiflər heyəti təşəbbüsü yalnız yaradıcı konsepsiyasına görə deyil, eyni zamanda cəmiyyət üçün yaratdığı real və ölçülə bilən sosial təsirə görə də yüksək dəyərləndirib. Layihə rəqəmsal həllərin aktual sosial problemlərin həllində effektiv rol oynaya biləcəyini nümayiş etdirir.

Təşəbbüsün əsas məqsədi zorakılığa məruz qalan və ya risk altında olan qadınlar üçün təhlükəsiz, əlçatan və etibarlı informasiya mühiti formalaşdırmaqdır. oflaynqadinlar.az platforması istifadəçilərə psixoloji, fiziki və iqtisadi zorakılıq hallarında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun atılmalı addımlar barədə sistemli və aydın məlumat təqdim edir. Platformada hüquqi prosedurlar, psixoloji və sosial dəstək imkanları, maarifləndirici materiallar, eləcə də yardım göstərə biləcək dövlət və qeyri-hökumət qurumları barədə təsdiqlənmiş informasiya yer alır.

Layihənin mühüm üstünlüklərindən biri - onun maksimum əlçatanlıq prinsipi əsasında qurulmasıdır. Azercell abunəçiləri platformadan internet paketi və ya balansda vəsait olmadan da istifadə edə bilirlər.

Təşəbbüs 25 noyabr – Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə, BMT-nin “Narıncı Gün” təşəbbüsü çərçivəsində ictimaiyyətə təqdim olunub.

Xatırladaq ki, fərdi dəstəyə ehtiyac yarandığı halda qadınlar Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Qadın Dəstək Xətti”nə 116111 qısa nömrəsi vasitəsilə müraciət edə bilərlər. Azercell abunəçiləri üçün bu nömrəyə zənglər ödənişsizdir.

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol