• $
  • €
  • ₽
  • ₺
  • £

Maliyyə Nazirliyi 30 aylıq ofis icarəsi üçün 1,073 mln. AZN ödəyəcək

Maliyyə Nazirliyi 30 aylıq ofis icarəsi üçün 1,073 mln. AZN ödəyəcək
06.03.2026 12:25

Azərbaycan Maliyyə Nazirliyi 30 ay müddətinə ofis icarəsi üçün 1.073.010 AZN ödəyəcək. Bu barədə tenderlərlə bağlı rəsmi elan saytında məlumat paylaşılıb.

Tenderin qalibi Əşrəf Səxavət oğlu Səfərov olub.

Tenderdə ofislərin ümumi sahəsi (əsas və yardımçı sahələr daxil olmaqla) minimum 1.500 m², təmirli və ZONA-8 ərazisində yerləşən binada olmalı, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş çıxarış və ya mülkiyyət sənədinə malik olmalıdır.

Ofislər daimi isti və soyuq su, işıq, istilik və soyutma sistemləri, generator, havalandırma, yanğınsöndürmə sistemləri ilə təchiz olunmalı, otaqların iç qapıları quraşdırılmış, divarlar boyalı və ya divar kağızlı olmalıdır. Binada 85-dən az olmayan otaq (rəhbər otaqları, iclas zalı, arxiv, mətbəx və s.), tualet və vanna otaqları, 6-dan az olmayan mətbəx, ən azı 1 sərnişin lift olmalıdır.

İcarəyə daxildir: istifadə edilmiş qaz, su, işıq və məişət tullantılarının daşınması. Digər xərclər icarə götürən tərəfindən ödəniləcək, bina icbari sığorta olunmalıdır.

Gülnar Nazimqızı 

 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol