• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qeyri-sabit hava şəraiti aqrar sığorta müraciətlərini artırıb

Azərbaycanda qeyri-sabit hava şəraiti aqrar sığorta müraciətlərini artırıb
10.03.2026 14:29

Azərbaycanda son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti, temperaturun kəskin dəyişməsi, bəzi bölgələrdə qar və şaxta kənd təsərrüfatına da təsir göstərib və nəticədə Aqrar Sığorta Fonduna müraciətlərin sayı artıb.

Fondun məlumatına görə, son bir həftə ərzində müxtəlif bölgələrdən təbiət hadisələri ilə bağlı zərər müraciətləri daxil olub. Şəmkirdə gilas və şaftalı bağlarına leysan yağışının, Xaçmazda isə şaftalı və nektarin bağlarına şaxtanın zərər vurduğu bildirilib.

Bundan əlavə, Qobustanda arpa və buğda sahələrində fırtına və qasırğa, Samuxda ərik bağlarında qasırğa nəticəsində ziyan barədə müraciətlər qeydə alınıb.

Eyni zamanda bəzi rayonlarda üçüncü şəxslərin hərəkətləri və heyvanların təsiri nəticəsində təsərrüfatlara zərər dəyib. Belə ki, Kürdəmirdə əkin sahəsinin su basması, Göygöldə sahəyə mal-qaranın buraxılması, Biləsuvarda isə arpa sahələrinə vəhşi quşların zərər vurması barədə müraciətlər daxil olub.

Aqrar Sığorta Fondu bildirib ki, bu hadisələr aqrar sığortanın əhatə etdiyi risklərə daxildir. Qanunvericiliyə əsasən əkin sahələri dolu, fırtına, qasırğa, sel və subasma, şaxtavurma, leysan, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri, yanğın və torpaq sürüşməsi kimi hallardan sığortalanır.

Fond daxil olan müraciətlərin hamısının qeydə alındığını və dəymiş ziyanın qiymətləndirilməsi üçün bölgələrə aqrar sığorta ekspertlərinin göndərildiyini bildirib.

Fermerlərə dəstək məqsədilə sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir, qalan hissə isə fermer tərəfindən qarşılanır. Sığorta ödənişlərinin “AsanPay” sistemi vasitəsilə mobil telefonla həyata keçirilməsi də mümkündür.

Aqrar Sığorta Fondu fermerləri zərərlərin qarşısını almaq üçün əkin sahələrini və təsərrüfatlarını vaxtında sığortalamağa çağırır.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol