• $
  • €
  • ₽
  • ₺
  • £

Şarl Mişel: Aİ ciddi təhdidlərlə üz-üzədir

Şarl Mişel: Aİ ciddi təhdidlərlə üz-üzədir
12.03.2026 13:11

Avropa İttifaqı hazırda ciddi təhdidlərlə üzləşir. XIII Qlobal Bakı Forumunda çıxış edən Şarl Mişelin sözlərinə görə, Aİ layihəsi üç əsas vəd — sülh, rifah və demokratik prinsiplər — üzərində qurulub. 

Lakin indi bu prinsiplərin hər biri müxtəlif təzyiqlərlə sınağa çəkilir.


“Ukraynaya qarşı müharibə, Yaxın Şərqdəki münaqişə, Avropada rəqabət qabiliyyəti, iqtisadi artım, investisiya və tənzimləmə ilə bağlı problemlər bu təzyiqlərin əsas hissəsidir. Eyni zamanda demokratiya, insan ləyaqəti və beynəlxalq hüquq prinsipləri də hər gün sınaq qarşısındadır”, —  o bildirib.

Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə ikili standartların artması beynəlxalq hüquq və qlobal sistem üçün ciddi təhlükə yaradır. Bu səbəbdən Avropa İttifaqı daha müstəqil və strateji qərarlar qəbul etməlidir.

Mişel qeyd edib ki, ABŞ ilə Avropa İttifaqı arasında ənənəvi ittifaq da dəyişir və tərəflər arasında iqlim siyasəti, beynəlxalq hüquq və Yaxın Şərq məsələləri üzrə fərqlər getdikcə dərinləşir.

O vurğulayıb ki, bu şəraitdə Aİ üç əsas istiqamətdə addım atmalıdır: iqtisadi rəqabət qabiliyyətini artırmaq və daha ağıllı tənzimləməyə keçmək, təhlükəsizlik və müdafiə sahəsində Avropanın imkanlarını gücləndirmək, həmçinin etibarlı tərəfdaşlıqlar qurmaq və təchizat zəncirlərini şaxələndirmək.

“Rusiya fosil yanacaqlarından, Çin istehsal zəncirlərindən və ABŞ-ın təhlükəsizlik təminatlarından həddindən artıq asılı olduğumuz dövr artıq başa çatıb”, —  Mişel bildirib.


 Gülnar Nazimqızı 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol