• $
  • €
  • ₽
  • ₺
  • £

Penitensiar Xidmәtin Müalicә Müәssisәsində yanğın baş verib - YENİLƏNİB

Penitensiar Xidmәtin Müalicә Müәssisәsində yanğın baş verib - YENİLƏNİB
11.12.2013 10:00

Ədliyyə Nazirliyi Penitensiar xidməti Müalicə müəssisəsinin narkologiya və terapiya korpusunda baş vermiş yanğın barədə məlumat yayıb.Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, dekabrın 11-i saat 03.40 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Müalicə müəssisəsinin narkologiya və terapiya korpusunda yanğın baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə müvafiq məlumat verilib, Penitensiar xidmətin şəxsi heyətinə həyəcan verilərək hazırlıq vəziyyətinə gətirilib, lazımi qüvvələr yanğın yerinə cəlb olunub. Yanğın baş verən korpusda olan məhkumların təhlükəsiz yerlərə köçürülməsi təcili olaraq təmin olunub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə dəstələri operativ olaraq hadisə yerinə gəlib, əməliyyatın həyata keçirilməsinə çətinlik yaradan amillərə baxmayaraq yanğın nəzarət altına alınıb, 06:13 radələrində yanğının söndürülməsinə nail olunub. Hadisə vaxtı xəsarət alan olmayıb. Hadisənin səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.ANN.Az

***

09:04

Bakının Nizami rayonu әrazisindә yerlәşәn Ədliyyə Nazirliyi Penitensiar Xidmәtinin Müalicә Müәssisәsində yanğın baş verib.APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə yerinə xeyli sayda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən briqadası vә xilasetmә qüvvәlәri cәlb edilib. Yanğın sübh saatlarınadək davam edib.ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol