Bakıda yəhudilər üçün restoran inşa olunacaq

Kompleksin inşası bütün yəhudi diasporu üçün əlamətdar hadisə olacaq. Bakıda dağ yəhudiləri dini icmasına 500 kvadrat metr torpaq sahəsi ayrılıb.
ANN.Az APA-ya istinadən xəbər verir ki, “The Jewish Times” saytı verdiyi məlumata görə, həmin sahədə icma üçün 4 mərtəbəli bina inşa olunacaq. Binada mağaza, dini icmanın üzvləri üçün xüsusi yeməklər hazırlayan restoran və digər obyektlər olacaq. İcmadan bildiriblər ki, belə bir kompleksin inşası Azərbaycandakı bütün yəhudi diasporu üçün əlamətdar hadisə olacaq. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























