• $
  • €
  • ₽
  • ₺
  • £

Kiyevdə azərbaycanlı iş adamını öldürən şəxs həbs olundu

Kiyevdə azərbaycanlı iş adamını öldürən şəxs həbs olundu
10.12.2013 18:33

 Kiyevdə “Troyanşina” topdansatış bazarında azərbaycanlılarla gürcülər və ukraynalılar arasında baş verən kütləvi davanın səhəri günü meyiti tapılan 37 yaşlı Gəncə şəhər sakini İlham Hüseynovun qatili müəyyənləşib həbs olunub.

 

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev APA-ya açıqlamasında bildirib ki, qatil milliyyətcə azərbaycanlı olan Saatlı rayon sakini Elxan Manafovdur və o, hazırda Kiyevin Desnyanski rayon milis idarəsində saxlanılır.

 

Diaspor rəhbəri qeyd edib ki, rayon milis idarəsindən verilən məlumata görə, bazarın qarşısında küçə həyatı yaşayan E.Manafov İ.Hüseynovu öldürdükdən sonra üzərindən 5 min qriven (təxminən 500 manat) pulunu da götürüb. O, milisə cinayəti etiraf edib.

 

Milisdən o da bildirilib ki, qətli tərədən E.Manafovun bir gün əvvəl İ.Hüseynovun da iştirakı ilə azərbaycanlılarla kütləvi dava edən gürcülərlə yaxınlığı var və qətli törətməyə onlar tərəfindən şirnikləndirildiyi istisna olunmur: “Qətldə digərlərinin də iştirakı güman edildiyi üçün axtarış davam etdirlir”.

 

Qeyd edək ki, dekabrın 5-də Kiyevdə azərbaycanlılarla gürcülər və ukraynalılar arasında kütləvi dava baş verib və dekabrın 6-dan 7-nə keçən gecə davada iştirak edən azərbaycanlılardan İlham Hüseynovun baş nahiyəsi kərpiclə parçalanmış meyiti bazarın yaxınlığında tapılıb. Kütləvi davanın ticarət maraqları üstə baş verdiyi bildirilir. 

APA

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol